BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda Heydər Əliyevin ildönümü ilə əlaqədar məktəblilər arasında müsabiqə keçirilib
Hacıqabulda Heydər Əliyevin ildönümü ilə əlaqədar məktəblilər arasında müsabiqə keçirilib
11-05-2018, 12:05
Oxunub: 3 919
08.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq məktəblilər arasında “Ən gözəl çıxış” adlı müsabiqə keçirildi
Müsabiqədə 9 şəhər məktəbləri iştirak etdi. Tədbiri Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı. Münsiflər heyyəti və müsabiqənin şərtləri barədə məlumat verdi. Münsiflər heyyətinin üzvləri Mərkəzin direktoru Aytən Zülfəliyeva, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev, Təhsil şöbəsinin əməkdaşı Günel Mustafayeva və tarix müəllimi Aidə Həsənova idi. Hər məktəbi təmsil edən bir şagird sərbəst surətdə Heydər Əliyevə həsr olunmuş beş dəqiqəlik çıxış etdi. Müsabiqənin şərtlərinə görə Hacıqabul şəhər 10 saylı tam orta məktəbin IX sinif şagirdi Əliyeva Rəmziyyə Fuad qızı münsiflərin yekdilliklə verdiyi rəyə əsasən I yerə, Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseyin X sinif şagirdi Abdullayeva Ləman Vüqar qızı II yerə laiq görüldülər. III yerə isə iki nəfər:Hacıqabul şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Quliyeva Aytac Emin qızı və şəhər 3 saylı tam orta məktəbin IX sinif şagirdi Zülfüqarov Cahangir Elçin oğlu laiq görüldü. Qaliblərə Diplomlar may ayının 10-da keçiriləcək “Kitab” bayramında təqdim olunacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər