BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsi “Gəlin kitab oxuyaq ”adlı tədbir keçirib

Bərdə Regional Mədəniyyət İdarəsi “Gəlin kitab oxuyaq ”adlı tədbir keçirib

12-05-2018, 09:15
Oxunub: 2 411 Bərdə Regional Mədəniyyət İdarəsi “Gəlin kitab oxuyaq ”adlı tədbir  keçiribÜmummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Kitab bayramı” Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə tədbirlərlə qeyd olunur

Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Mərkəzi Elektron kitabxanası ulu öndər Heydər Əliyevin anadan olmasının 95- ci ildönümünə həsr olunmuş “Gəlin kitab oxuyaq ” adlı tədbir təşkil edib.

Tədbiri Mərkəzi Elektron kitabxanasının direktoru Vüsalə Məmmədova açaraq tədbiri açıq elan etdi və bir dəqiqəlik sükutla qeyd olunmasını xaiş etdi.Tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94- cü ildönümü ilə əlaqədar təşkil olunmuş kitab bayramı mnasibətilə təbrik etdi və Azərbaycanın ictimai- siyasi həyatında baş verən hadisələr haqqında toplantı iştirakçıların məlumatlandırdı.

Yevlax şəhər Mərkəzi Kitabxananın qarşısında təşkil olunmuş bayram tədbirində şəhər sakinləri, qonaqlar, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər. Tədbir Mərkəzi Kitabxana tərəfindən qurulmuş kitab sərgisinə baxış keçirməklə başlanıb. Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına , Dövlət müstəqilliyinə ,Yevlağın zəngin tarixini özündə əks etdirən kitab sərgiləri iştirakçılar tərəfindən böyük maraqla izlənilib. Sərgiyə baxış keçirildikdən sonra bayram tədbirinin rəsmi hissəsi başlanıb. Çıxış edən Yevlax şəhər MKS-nin direktoru Vüsalə Məmmədova şəhər sakinləri və kitab sevərləri bayram münasibətilə təbrik edib. O qeyd edib ki, : -“Artıq ənənə halını almış və Ulu Öndər Heydər Əliyevin ad günü ərəfəsində keçirilən bu kitab bayramı silsilə tədbirlər şəklində keçirilməkdədir. Son illər Azərbaycan Resbuplikası Prezidenti İlham Əliyevin kitabxana sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində kitabxana fondları zənginləşmiş və yeni-yeni nəşrlər əlavə olunmuşdur”. Daha sonra çıxış edən Regional İdarənin Yevlax şəhər nümayəndəliyi üzrə baş məsləhətçisi Rafiq Məmmədov gənclər arasında kitab və kitab oxumaq dəbinin formalaşdırılması və bununla bağlı olaraq görülmüş işlər haqqında danışıb. O çıxışında vurğulayıb ki,:-“ Son zamanlar əhali arasında maarifləndirmə işləri aparılır. Belə ki,istirahət və əyləncə parklarında, N saylı hərbi hisslərdə açıq kitabxanalar təşkil olunur, əhalinin asudə vaxtının səmərli keçirilməsi məqsədilə “Book cafe”lər (kitabxana çay evləri) yaradılır”.

Bayram tədbiri Yevlax şəhər Mədəniyyət Mərkəzinin hazırladığı musiqi nömrələri, məktəblilərin kompazisiyaları və rəqs nömrələri ilə davam edib.

Bərdə rayon Mərkəzi kitabxana ulu öndər Heydər Əliyevin anadan olmasının 95 –ci ildönümünə həsr edilmiş “Kitab bayramı”nı qeyd edib.

Ulu öndərin adını daşıyan Park- bulvar kompleksində təşkil olunan bayram tədbirində rayon ictimaiyyəti, müxtəlif idarə və təşkilatların nümayəndələri, o cümlədən fəal oxucular iştirak edib.

İnsan təfəkkürünün, cəmiyyətin maddi və mənəvi həyatının məhsulu olan kitabın təbliğində müxtəlif forma və üsullardan istifadə edilir. Bunların içərisində kitab bayramlarının keçirilməsinin əhəmiyyəti böyükdür. Uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onlarda mütaliəyə həvəs oyatmaqda, kitabxanalara cəlb edilməsində bu tipli tədbirlərdən istifadə öz səmərəsini verir. Burada təşkil etdilmiş müxtəlif mövzularda sərgilər, şair və yazıçıların əsərlərindən səhnəciklər, uşaqların söylədikləri şeirlər, uşaqların ifasında səhnələşdirilmiş nağıllar, rəngarəng əl işlərindən ibarət sərgilər və s. uşaqların marağına səbəb olur və onlarda kitaba marağı artırır.

Mütaliə insanı intellektual səviyyəsini artırır, gözüaçıq edir, ruhlandırır, vətənə məhəbbət hissini aşılayır və daha fəal olmasına zəmin yaradır. Buna görə də kitabı sevmək, asudə vaxtı mütaliə etmək vacibdir.

Bayram tədbiri rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.

Regional İdarənin Tərtər rayon nümayəndəliyində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95- ci ildönümünə həsr olunmuş “Kitab bayramı” keçirilib. Tədbir öncəsi çoxsaylı mədəniyyət işçiləri və qonaqlar ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev adına parkda açıq səma altında təşkil olunmuş müxtəlif mövzularda kitab sərgiləri ilə tanış olublar. Bundan başqa tədbirdə 500-ə yaxın müxtəlif elm sahələrinə aid kitablar və elektron disklər nümayiş olunub. Kitab sərgilərində “Dünya şöhrətli Siyasətçi”, “Azərbaycanın İşıqlı gələcəyi”, “Tariximizi, keçmişimizi unutmayaq”, Şəhidlər ölməz, Vətən bölünməz”, “2018 -ci il Cümhüriyyət ilidir”, “ Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Nağıllar aləminə səyahət”, məktəblilərin əl işlərindən ibarət “Bacarıqlı əllər” sərgiləri böyük marağa səbəb olub. Tədbirdə eyni zamanda məktəblilər arasında Heydər Əliyevin 95 illik yubilyinə həsr olunmuş rəsm sərgisi də təşkil olunub.

Sonda məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.

Qeyd edək ki, silsilə tədbirlərin növbətisi regional idarənin Mingəçevir şəhər nümayəndəliyində də davam etdirilir.
Bolgexeber.com