BolgeXeber.Com » Xəbərlər » Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTO

Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTO

18-05-2018, 10:03
Oxunub: 1 818 Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTOMüharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı filim çəkmək məqsədi ilə Tərtər rayonuna səfər etmiş Bolqarıstanın BTV televiziyasının muxbiri İvan Serafimov Georgiev və operatoru Boris Lyubenov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb

Bolgexeber.com xəbər verir ki,icra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.
Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə becərmə işlərində çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Bütün bu çətinliklərə baxmayaraq rayon zəhmətkeşləri pambıqçılq, baramaçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticə əldə edirlər.
Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
Sonra mediya nümayəndələri rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və cənab prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.
Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTO
Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTO
Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTO
Bolqarıstandan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər-FOTO