Müşfiq Rəhimovla bağlı miqyası olmayan yalanların səbəbi və səbəkarı kimdir?
1-06-2018, 16:44
Oxunub: 2 624
Son zamanlar bəzi mətbuat orqanlarında ayrı – ayrı dövlət məmurlarını qaralama kampaniyasına start verilib.
BakuNews.Tv-yə daxil olan məlumatda bildirlir ki, belə şəxslərdən biri də Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini Müşfiq Rəhimovdur. Həmin mətbuat orqanlarında guya Müşfiq Rəhimovun hansısa kriminal aləmə məxsus olan şəxslərlə iş birlyinin olması haqqında məlumat dərc edilib.
Belə ki, guya M.Rəhimov həmin kriminal şəxsə onu da öz biznesinə şərik etmək üçün bir neçə milyon manat pul verib və nəticədə həmin məbləğ qeyri – müəyyən səbəblərdən batıb. Əvvəla onu qeyd edək ki, polisin fəaliyyətinin əsasını kriminal aləmlə mübarizə təşkil edir. Belə olan təqdirdə bir polis zabitini bu aləmə aid şəxslə iş birliyində suçlamaq polisin etibarını sarsıtmaqdan başqa bir şey deyil. İkincisi M.Rəhimov aldığı aylıq məvacibini illərlə toplasa belə, məlumatlarda qeyd edilən məbləğin yalnız cüzi hissəsi edər. Və bu da o halda baş verər ki, polis zabiti məvacibini ailə büdcəsi üçün xərcləməsin. Burada da absurd ortaya çıxır. Bəs bir ailənin aylıq maddi ehtiyacları nə ilə ödənib? Deməli M.Rəhimovun mətbuatda qaralama kampaniyası məqsədli və planlıdır. Xatırladaq ki, KİV haqqında qanuna əsasən mətbuat məlumatı dərc etməzdən öncə həmin məlumatda adı keçən şəxslə əlaqə saxlamalı və onun da rəyini öyrənməyə sadəcə borcludur. Göründüyü kimi bunların heç biri gözlənilməyib. Belə olan təqdirdə həmin mətbuat orqanlarının məhkəməyə verilməsi məsələsi gündəmə gələndə, o zaman söz azadlığı yada düşür. Lakin düşünülmür ki, dəqiqləşdirilməmiş məlumatlarda illərini o sahəyə verən bir məmurun karyerası, nüfuzu və çalışdığı kollektiv var. BakuNews.az mətbuat nümayəndələrinin nəzərinə çatdırır ki, populyarlıq ədalətli, vicdanlı informasiyaların istehsalı zamanı olur, məqsədli, sifarişli qarayaxmada yox.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər