Güclü yağış Zaqatalada bir sıra fəsadlar törədib - FOTO
11-08-2018, 17:15
Oxunub: 2 640
Güclü yağış Zaqatala rayonunda bir sıra fəsadlar törədib.
"Report"un məlumatına görə, dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahıc, Bəhmətli, Zəyəm kəndlərinin ərazilərini su basıb.
Nəticədə həyətyanı sahələrə, əkin yerlərinə və ev təsərrüfatlarına ziyan dəyib. Eyni zamanda rayonun ən böyük çaylarından olan Tala çayının daşması nəticəsində Höytala, Böhtala, Silban kəndələrinə də sel suları dolub.
Zaqatala şəhərinin mərkəzi küçələrindən Vasif Qurbanov, Nizami küçələri, həmçinin Azərbaycan prospektindəki həyətyanı sahələri su basıb, iaşə obyektlərinə ziyan dəyib. Höytala və Böhtala kəndləri ərazisindən axan Qara çayın daşması nəticəsində Böhtala kəndinə gedən piyada körpüsü dağılıb. Suyun səviyyəsinin həddindən artıq artması kənddə yaşayan 12 ailəni köməksiz vəziyyətdə qoyub.
Hazırda baş verən fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə cəlb olunub və texnikalar vasitəsilə baş verən fəsadlar aradan qaldırılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN-nin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və texnikası hadisə rayonlarına cəlb olunub.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər