BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev Xalq artisti Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xalq artisti Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edib
13-09-2018, 17:55
Oxunub: 3 680
Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovu 85 illiyi münasibətilə təbrik edib.
Bolgexeber.com xəbər verir ki, təbrik məktubunda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsinin geniş diapazonlu rəngarəng yaradıcılığı müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindən biri kimi dəyərləndirlib. Bildirilib ki, Qara Qarayev məktəbinin layiqli davamçısı kimi Arif Məlikov xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyi çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib.
Ölkə başçısının təbrik məktubunda Arif Məlikovun gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübəsindən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərdiyi də vurğulanıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüş Arif Məlikov bu gün Prezidentin Sərəncamı ilə həm də musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər