“Gömrükdə bir qədər “şirinlik” qalıb, amma...” - Sədr müavini
25-09-2018, 15:57
Oxunub: 2 110
"Cənab prezident gömrük əməkdaşlarının əməkhaqqısının artırılması ilə bağlı fərman vermişdi. Ona görə də bu gün Azərbaycanda ən çox əməkhaqqı alan şəxslər gömrük əməkdaşlarıdır".
"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev "Gömrük islahatları və modernləşdirmə"mövzusunda jurnalistlər üçün təşkil edilmiş təlimdə çıxış edərkən deyib. O, qeyd edib ki, Azərbaycanda gömrük orqanlarının qarşısında duran birinci vəzifə dövlətin təhlükəsizliyidir, ikinci yerdə isə fiskal siyasət dayanır: "Bizim həm də əsas məqsədimiz korrupsiya və rüşvətin qarşısını almaqdır. Düzdür, bir qədər "şirinlik" qalıb. Amma bunun da qarşısını almaq üçün sahibkarlarla görüş keçirilir".
İ. Babayev bildirib ki, Gömrük Komitəsində islahatlar keçirilir:" İslahatları həyata keçirərkən risklər ortaya çıxır. Çünki gömrük dinamik inkişaf edən dövlət təşkilatıdır. Hər gün gömrük sistemində qaydalar dəyişir. İndi biznes aləmi narahatdır ki, gömrükdə islahat gedir. Bu,başa düşüləndir, dözməliyik. Bizim həyata keçirdiyimiz islahatlar kəmiyyət dəyişikliyinə səbəb oldu. Ancaq hələ ki, keyfiyyət dəyişikliyi yoxdur. Keyfiyyət dəyişikliyi üçün ictimaiyyətin bizə dəstəyi lazımdır. Bunun üçün medianın köməyinə də ehtiyacımız var".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər