BolgeXeber.Com » Xəbərlər » IDEA İctimai Birliyinin təşəbbüsü ilə İmişlidə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyinin təşəbbüsü ilə İmişlidə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

23-11-2018, 17:21
Oxunub: 4 152 IDEA İctimai Birliyinin təşəbbüsü ilə İmişlidə aztəminatlı ailələr üçün meyvə bağları salınıbAksiya zamanı 1000 ədəd nar ağacı əkilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə İmişli rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
İmişli rayonu Otuziki kəndində təşkil edilən ağacəkmə aksiyası zamanı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ekoloji problemlərin həllinin daim diqqətdə saxlanıldığını, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib.
Tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətlərindən də danışılıb. Qeyd edilib ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilib, indiyədək 5 milyondan çox ağac əkilib. IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
Sonra ağacəkmə aksiyasına start verilib. İctimayət nümayəndələri, kənd sakinləri və orta məktəblərin yuxarı sinif şagirdləri tərəfindən 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları İmişli rayonunda yaşayan aztəminatlı ailələr, arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Ağaclar əkildikdən sonra yeni meyvə bağının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edilib. Aztəminatlı ailə olan Abbasov Tahir, Abbasov Rövşən və Abbasov Rüfətin ailə üzvləri, xeyriyyə aksiyası zamanı hər biri üçün nar ağacının əkildiyi 0,67 hektar bağ sahəsinin verilməsinə görə çox sevindiklərini bildirib, onların dolanışıq şəraitinin yaxşılaşmasına kömək məqsədilə həyata keçirilən bu təşəbbüsə görə Leyla xanım Əliyevaya minnətdarlıq ediblər.
Sonra yerli musiqiçilərin ifasında şən mahnılar səsləndirilib, ağacəkmə aksiyasında iştirak edən gənclər rəqs ediblər. Aksiya iştirakçıları üçün şirniyyat süfrəsi açılıb.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması davam etdiriləcəkdir. Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Bolgexeber.com