BolgeXeber.Com » Xəbərlər » Lotu Quli Bakıdadır - Ev dustağı deyil

Lotu Quli Bakıdadır - Ev dustağı deyil

26-12-2018, 15:24
Oxunub: 2 249 Lotu Quli Bakıdadır - Ev dustağı deyilKriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Bolgexeber.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Qeyd olunub ki, N.Səlifov ölkə ərazisində hansısa yeni cinayət törətməyib, bu səbəbdən də Azərbaycan onun ekstradisiyasını tələb edə bilməzdi.

Qeyd edək ki, bundan əvvəl bəzi yerli və xarici KİV-lər Qulinin Türkiyədə həbs olunaraq Bakıya gətirildiyi və ev dustağı edildiyi haqda məlumat yayıblar.

Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya olunmayıb. Dövlət strukturunda qeyd ediblər ki, belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.