Hacıqabul rayonu Mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirildi-FOTO
29-12-2018, 12:01
Oxunub: 8 286
28.12.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayonun Mədəniyyət işçilərinin növbəti aylıq seminar-müşavirəsi keçirilmişdir
Seminarda rayonun mədəniyyət sahəsində çalışan əməkdaşları iştirak etmişdirlər. Seminarda il ərzində görülmüş işlər müzakirə olunmuşdur. Sabirabad Regional Mədəniyyət idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov çıxış edərək mədəniyyət işçilərinə növbəti il ərzində görüləcək işlər və tədbirlərlə bağlı müəyyən tapşırıqlar vermişdir və bütün mədəniyyət işçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik etmişdir. Sonra Hacıqabul şəhər Uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədov çıxış etmişdir. Tədbirdə il ərzində fərqlənən bir neçə mədəniyyət işçisi Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərman və qiymətli mükafatı ilə təltif olunmuşdur. Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkili çəkilmişdir.
Aytən Zülfəliyeva,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər