BolgeXeber.Com » Xəbərlər » Məşhur türk müğənnisi Dadaşovanı prokurorluğa şikayət etdi - ŞOK SƏBƏB/FOTO,VİDEO

Məşhur türk müğənnisi Dadaşovanı prokurorluğa şikayət etdi - ŞOK SƏBƏB/FOTO,VİDEO

13-02-2019, 15:03
Oxunub: 2 956 Məşhur türk müğənnisi Dadaşovanı prokurorluğa şikayət etdi - ŞOK SƏBƏB/FOTO,VİDEOTürkiyəli məşhur müğənni Dəniz Seki Səidə Dadaşovadan prokurorluğa şikayət ünvanlayıb.

Publika.az xəbər verir ki, Dəniz Seki “Hayat İki Bilet” adlı mahnını icazəsiz olaraq telekanallarında səsləndirən Səidə Dadaşovadan şikayət edib. Məşhur ifaçı şikayət ərizəsində bildirib ki, mahnı ondan xəbərsiz istifadə edildiyi üçün mənəvi haqlarına təcavüz olunub.

Hadisə ilə bağlı araşdırma aparan İstanbul Fikri Sinai İstintaq Bürosu Dadaşovanın sözügedən mahnını ARB kanalında ifa etdiyini təsdiqləyib. Ancaq prokurorluq Dəniz Sekinin məhkəməyə müraciət etməli olduğunu və cinayət sanksiyası olmadığını bildirib. Odur ki, istintaq nəticəsiz qalıb.