Ucarda ana və qızının ölümünə səbəb olan sürücü həbs edildi
6-03-2019, 12:31
Oxunub: 2 766
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi “Hyundaı Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Martın 5-də R.Cavadova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər