Dörd regional meşə direktoru işdən çıxarıldı
7-03-2019, 18:54
Oxunub: 3 227
Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini vəzifədən uzaqlaşdırmışıq.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.
“Hər bir qurum özünə hörmət əlaməti olaraq o ağacı əkirsə, onun qulluğunda durmalıdır. Naxçıvanda belə bir praktika var, hər qurumun bəlli yeri var ki ora gedərək qulluq göstərirlər. Bir neçə meşə girişində bu halları görmüşük.
Əfsuslar olsun ki, imtahan verib təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğu üçün əməkdaşlığı davam etdirə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini çıxardıq. Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas olmalıdır. Hələ də bu barədə bizim çətinliyimiz var”.
Nazir müavininin sözlərinə görə, vandalizm halları baş verir ki, bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil:
“Nazirliyin imkan yoxdur ki, hər ağacın altına bir əlisilahlı adam qoysun, hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik.
Oğuz rayonun Calud kəndi, Buxaz kəndlərində kömürbasdırma geniş yayılıb. Orda yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar axı. Qəbələ rayonunun Həmzəli kəndində peşəkar meşə qırmaqla məşğul olan adam var. Biz onu cərimə etsək də, əməlindən əl çəkmir.
Araşdırma aparmışam ki, Calud kəndində 55 markalı nömrəsiz maşınlar var ki, onlar ağac kəsməklə məşğul olurlar. Qəbələdə Avrıq kəndi var, Masallıda Yelağac kəndləri qanunsuz şəkildə ağacdan istifadə edib kömürbasma ilə məşğul olurlar.
Qubadan da bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz etimadı doğrultmadı.Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisi uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına məlumat veririk”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər