BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

27-03-2019, 11:55
Oxunub: 2 227 Ramil Usubov yeni rəis təyin etdiDaxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İdarədən məlumatı sözügedən sayta təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.