BolgeXeber.Com » Xəbərlər » Bakıda köçkünlərin yataqxanası yandı - Kişi özünü binadan atdı

Bakıda köçkünlərin yataqxanası yandı - Kişi özünü binadan atdı

10-04-2019, 12:34
Oxunub: 1 666 Bakıda köçkünlərin yataqxanası yandı - Kişi özünü binadan atdıBakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə yerinə iki təcili yardım briqadası göndərilib:

“Yataqxanadakı yanğın zamanı bir nəfər 45 yaşlı kişi qorxudan özünü binadan atıb. Həmin şəxs xəstəxanaya aparılıb”.