BolgeXeber.Com » Xəbərlər » Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO

Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO

29-04-2019, 11:02
Oxunub: 1 803 Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTOPrezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü düşmənlə təmas xəttində yerləşən Şükürbəyli kəndində keçirilib.

Bolgexeber.com xəbər verir ki, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

Alı Alıyev deyib ki, Şükürbəyli kəndində hal-hazırda 960 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1548 nəfərə hər ay 93600 manat vahid aylıq müavinət ödənilir, 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Şükürbəyli kəndində 11 şəhid ailəsi, 7 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 99 nəfər yaşa görə, 64 nəfər əlilliyə görə, 13 nəfər ailə başçısını itirməyə görə pensiya və müavinət verilir. Kənd sakinlərindən 124 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.

Şükürbəyli kəndində məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

2018-2019-cu təsərrüfat ilində 630 ha taxıl əkilib, 2000 mkq barama istehsal olunub. Kənd sakinlərinə ötən təsərrüfat ilində becərdikləri əkin sahələrinə görə dövlət tərəfindən 12850 manat subsidiya ödənilmişdir.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO
Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO
Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO
Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO
Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO
Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib-FOTO