BolgeXeber.Com » Xəbərlər » "Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDI

"Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDI

8-05-2019, 11:44
Oxunub: 2 136 "Məhkəməyə vermək onun yanında yalan olacaq!" - Mətanət qadağa xəbərindən DANIŞDIXəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub. Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin avtomobil üçün bankdan götürdüyü kredit borcudur.

Bolgexeber.com bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən müğənni bildirib ki, bu məlumatları yayanlarla bağlı sərt tədbir görüləcək:

"Kimin ürəyi nə istəyir yazsın. Mən danışsam pis olacaq. Hərə başını aşağı salıb öz işi ilə məşğul olsun. Sənətim xalqa məxsusdur, göz qabağındadır. Bundan yaza bilirlər yazsınlar. Digər işlər mənə aiddir. Bu haqda danışmağa heç kəsin ixtiyarı yoxdur. Özüm bilərəm neyniyirəm. Bəsdirin artıq! Bu məlumatı mətbuata kim ötürübsə görəcəksiz mən onu nə edəcəm. Həmin adama elə toy tutacam ki, məhkəməyə vermək onun yanında yalan olacaq!"

14:49

Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub.

Bolgexeber.com axşam.az-a istinadən xəbər verir ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.

Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır. Belə ki, M.Əsədova öz adına kreditlə "Volksvagen" markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.

Həmçinin qeyd edək ki, M.Əsədovanın avtomobillərlə bağlı mətbuata verdiyi açıqlama da var. Sənətçi müsahibələrin birində demişdi ki, səsinin gözəlliyinə görə indiyədək ona 17 avtomobil hədiyyə olunub:

"Sağ olsun, mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə avtomobil hədiyyə ediblər. Tək avtomobil yox, nələr-nələr bağışlayıblar".

Qafqazinfo mövzu ilə bağlı M. Əsədova ilə əlaqə saxlayıb. O, məlumatı nə təkzib, nə də təsdiq edib. Sənətçi bu barədə danışmaq istəmədiyini vurğulayıb.