Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama
10-05-2019, 14:37
Oxunub: 2 612
Bir neçə gündür ki, sosial şəbəkələrdə 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin müəllimlərinin təzyiqinə dözməyərək intihara cəhd etməsi ilə bağlı yayılmış xəbər geniş müzakirə olunur
Bildirilir ki, hadisədən sonra sözügedən şagirdin Nigar və Bahar adlı müəllimlərinə Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Şəhər Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb və məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb:
“109 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib. Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq psixoloji yardım göstərilib.
Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər