General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış - TƏFƏRRÜAT
18-05-2019, 12:46
Oxunub: 3 080
Bir neçə gün öncə Bakıda baş verən silahlı atışmaya görə daha iki nəfər saxlanılıb.
General Məhərrəm Əliyevin yaxın qohumunun iştirakı ilə baş vermiş silahlı insident qız üstündə olub. Gənclər zərif cins nümayəndələrinə özlərini göstərmək məqsədilə odlu silahdan istifadə edib.
Bu barədə Oxu.Az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Münaqişəyə məhz “erkəklərin dişi uğrunda döyüşü” səbəb olub.
Xatırladaq ki, nüfuzlu general-leytenantın qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanıb. Bu dəfə atışma Bakının mərkəzində, mayın 13-dən 14-nə keçən gecə Aşıq Molla Cümə küçəsi, üç nömrəli yaşayış binasının qarşısında baş verib.
27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub. Hadisə yerinə gələn polis əməkdaşları Əzizovu və Binnətəliyevi tələblərə əməl etməyə çağırıb. Tabe olmaq əvəzinə generalın qohumu asayiş keşikçilərinə bıçaqla müqavimət göstərib.
Nəticədə hər ikisi saxlanılıb, hadisə yerindən “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapança darağı, iki beşbarmaq, dəmir dəyənək və bir bıçaq tapılıb. Həmçinin, insidentin digər iştirakçıları, paytaxt sakinləri - 27 yaşlı Balayev Telman Nadir oğlu, Həmidov Rəcəb Telman oğlu və 29 yaşlı Məmmədəli Valid Fəxri oğlu saxlanılıb.
Saxlanılan şəxslər barəsində CM-nin 221 (xuliqanlıq), 228 (qanunsuz silah daşıma) və 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb.
Yayılan şayiələrə görə, İ.Əzizov və digər insident iştirakçıları şəhəri tərk etməmə barədə iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bundan əvvəl (2016-cı ilin yanvar ayında ) İ.Əzizov və dostları yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüklərinə görə, 30 gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Deyilənə görə, bu dəfə də o, yüngülvari tənbehlə canını qurtaracaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər