BolgeXeber.Com » Xəbərlər » “Pul təklif etdilər” - Kərimi döyən Tacir Şahmalıoğlunun qohumu imiş – VİDEO

“Pul təklif etdilər” - Kərimi döyən Tacir Şahmalıoğlunun qohumu imiş – VİDEO

1-06-2019, 16:42
Oxunub: 3 844 “Pul təklif etdilər” - Kərimi döyən Tacir Şahmalıoğlunun qohumu imiş – VİDEOMüğənni onu döyənin Tacir Şahmalıoğlunun qohumu olduğunu açıqlayıb

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı ifaçı Kərim Abbasov olub.

Müğənni onu döyənin Tacir Şahmalıoğlunun qohumu olduğunu açıqlayıb:

“Deyirlər ki, pul verək ərizəsini geri götürsün. 5 min civarında pul təklif olundu. Dedim ki, onun nəinki 5 mini heç 1 manatı lazım deyil. 3 gündür Tacir Şahmalıoğlu zəng edib deyir ki, Kərim, onlar mənim qohumlarımdır. Məndən xahiş edirlər ki, Kərim ərizəsini geri götürsün. Tacir müəllimə dedim ki, bir halda ərizəmi geri götürərəm. O şəxs çıxıb hamının qarşısında vurduqları yumruqlara, ailə üzvlərimin yanında mənə dediyi təhqirlərə görə məndən üzr istəsin. Onsuz da məndən üzr istəməsə, məhkəmə yolu ilə üzr istəyəcək”.

Qeyd edək ki, mayın 20-də müğənni Kərim Abbasov zorakılığa məruz qalmasına dair videogörüntü paylaşıb. Sənətçi qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib və Elvin Ramazanov adlı şəxs onu döyüb.