Oxunub: 2 578Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.
Mərasimdə maraqlı anlar yaşanıb. General-polkovnik Vilayət Eyvazovun qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq” şeirini söyləyib:
"Bu üçrəngli bayrağım Gözümün işığıdır. Azadlıq yağışından Doğan göy qurşağıdır. Üstündəki ay-ulduz Gəlir mənim xoşuma. Ay üzüyə bənzəyir, Ulduz onun qaşına. Üçrəngli bayraq bizə Təsəllidir, dayaqdır, Yolumuzun üstünə İşıq saçan mayakdır.”
Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, "Ay maşallah” deyərək ona təşəkkür edib.