Akademik Musiqili Teatrın aktyorları Gəncədə çıxış edəcəklər
22-09-2019, 15:58
Oxunub: 2 668
Sentyabrın 25-də Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əməkdar artist Ələkbər Əliyev və sevilən aktyor Ağaxan Şərifov Akademik Opera və Balet Teatrının dəvəti ilə Gəncə Dövlət Filarmoniyasında çıxış edəcəklər
Ələkbər Əliyev dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyasında Rüstəm bəyi, Ağaxan Şərifov isə hambal rolunu oynayacaqlar.
Tanınmış aktyor Ələkbər Əliyev onlara yaradılan bu şəraitə görə hər iki teatrın rəhbərliyinə minnətdarlığını bildirib və teatrlararası belə müştərək layihələrin aktyorların yaradıcılığına müsbət təsir etdiyini söyləyib.
“Çox sevinirəm ki, Opera və Balet Teatrının rəhbərliyi mənim yaradıcılığımı yüksək qiymətləndirir və öz teatrımızda ifa etdiyim rolları belə dəyərləndirir. Gəncəlilər qarşısında çıxış edəcəyim eyniadlı bu tamaşa uzun illərdir ki, həm də Akademik Musiqili Teatrın səhnəsində sevimli tamaşaçılarımıza təqdim olunur. Biz sentyabrın 20-də yeni mövsümü də bu tamaşa ilə açdıq. Sənət dostum Ağaxan Şərifovla doğma teatrımızın səhnəsində canlandırdığımız birgə ifamız həmişə rəğbətlə qarşılanıb. Yaradılan fürsətdən istifadə edib, hər ikimizin adından Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə xüsusi minnətdarlığımızı bildiririk ki, ölkənin başqa səhnələrində, televiziya verilişlərində, seriallarda iştirakımıza, yaradıcılıq imkanlarımızı sərgiləməyə hər zaman şərait yaradır. Vaxtaşırı həm respublikamızın, həm də xarici olkələrin tanınmış ifaçıları teatrımıza dəvət olunur və bu ənənə teatrımızda həmişə uğurla davam etdirilir. Müxtəlif teatrlardan dəvət olunmuş aktyorlar – Xalq artistləri Şüküfə Yusupova, Məleykə Əsədova, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov yaratdığı möhtəşəm obrazları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Biz artıq ənənə halını almış teatrlararası bu yaradıcılıq əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində də öz uğurlu ifası ilə həmişə diqqəti cəlb edən Əməkdar artist Ələkbər Əliyev medianümayəndələrinə bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər