Arzuman Abdulkərimov Fəzail Ağamalının müavini təyin olundu
30-10-2019, 18:15
Oxunub: 4 009
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı yeni müavininin təyin edilməsi barədə bu gün sərəncam imzalayıb.
Ana Vətən Partiyasının mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumata görə, həmin sərəncama əsasən, “Hilal” İctimai Birliyinin sədri, ictimai fəal Arzuman Abdulkərimov Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini təyin olunub.
A.Abdulkərimov 1972-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Milli Azadlıq Hərəkatında və ictimai-siyasi proseslərdə fəal iştirak edib.
2015-ci ildən Hilal Sosial Araşdımarlar İctimai Birliyinin təsisçisidir. Bir sıra Beynəlxalq və ümumrespublika konfranslarında Azərbaycan dövlətinin əleyhinə yönələn xarici və daxili siyasi kampaniyalara qarşı aktiv və prinsipal mövqe sərgiləyib. Müasir dünyagörüşü, yüksək intelekti və inovativ biliyilə fərqlənən ictimai-siyasi fəal kimi cəmiyyətdə ciddi nüfuz qazanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər