BolgeXeber.Com » Xəbərlər » Xaçmaz polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur

Xaçmaz polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur

1-12-2019, 10:21
Oxunub: 2 359 Xaçmaz polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyurÖlkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında polis əməkdaşlarının böyük xidmətləri vardır

Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında fəaliyyətlərini qarşıda qoyulan tələblər səviyyəsində quraraq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrini əzm və qətiyyətlə yerinə yetirir, hər bir vətəndaşın hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanırlar.

Ölkə Prezidenti İlham Əliyev də öz növbəsində daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirir. Bolge.TV paytaxta və bölgələrdə polisllərin vətəndaşlara göstərdikləri yüksək xidməti ilə bağlı reportajlarhazırlayır.

İlk reportajımız Balakən rayonundan olmuşdur.

Bolge.TV-nin növbəti reportajlardan biri isə Xaçmazdan olub.
Qeyd edək ki,Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu ilin avqustunda imzaladığı əmrə əsasən Xaşmaz Rayon Polis Şöbəsinə polis polkovnik-leytenantı Həmid Həsənov rəis təyin olunub.
Həmid Həsənov bu təyinatdan əvvəl Xızı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.Onu da qeyd etmək lazımdır ki, Həmid Həsənov ona etibar edilən bütün postlarda özünü doğruldub. Həmid Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Həmid Həsənov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza ləyaqətlə didmət edən polis rəisidir.
Xaçmaz polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur
Bunu Xaçmazda Bolge.TV-nin müxbirlərinin polisin fəaliyyəti ilə bağlı sakinlərlə söhbət də təsdiq edir.

Xaçmaz sakini Nazim Əliyev müxbirimizlə söhbət zamanı Xaçmaz polisinin fəaliyyətindən razılığını bildiridi.O qeyd etdi ki, Həmid Həsənov Xaçmaz rəis təyin olunandan sonra cinayətlərin sayı xeyli azalıb.
Rayon sakini İlham Muradov da qeyd etdi ki, , Xaşmaz polisi,yol poisi daxil olmaqla dövlətimizin, vətəndaşların keşiyində ləyaqətlə durur, sabitliyin qorunmasında böyük xidmət göstərir.

Digər rayon sakini Əhməd Qasımov isə vurğuladı ki, Xaçmazda Həmid Həsənovun rəhbərliyi altında polisin ictimai təhlükəsizliyi ,asayişi ayıq-sayıq qoruması nəticəsində narkomaniyanın səviyyəsi xeli azalıb.
Ümumiyyətlə sakinlər müxbirimizə bildirdilər ki, Həmid Həsənov vətəndaşları mütəmadi olaraq qəbul edir,onların şikayətlərini dinləyir, insanlara problemlərinə diqqət və qayğıyla yanaşır və problemlərin operativ olaraq həll olunmasına çalışır ki,bununla da vətəndaşların dövlətimizə və Prezidentimizə inamını artırır!