Xoşbəxt Yusifzadənin 60 ildən sonra Pirşağıya gələn elektrik qatarı (VİDEO)
15-01-2020, 17:04
Oxunub: 2 533
Dünən görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
"Report"un məlumatına görə, tədbirdə çıxış üçün söz alan Xoşbəxt Yusifzadə öz həyatından maraqlı məlumatı danışıb:
"Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?”
Xatırladaq ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılıb.
Ötən ilin dekabrın 2-dən etibarən gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8 qatarın hərəkətdə olması təmin edilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə