BolgeXeber.Com » Xəbərlər » Əhməd Şahidov qaxlılara ilk video müraciətini etdi: “Parlamentdə Qaxımızı özümüz təmsil etməliyik”

Əhməd Şahidov qaxlılara ilk video müraciətini etdi: “Parlamentdə Qaxımızı özümüz təmsil etməliyik”

17-01-2020, 14:52
Əhməd Şahidov qaxlılara ilk video müraciətini etdi: “Parlamentdə Qaxımızı özümüz təmsil etməliyik”112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün Qax sakinlərinə ilk video müraciətini edib

Seçki öncəsi platformasının qısa tezislərini seçicilərlə bölüşən deputatlığa namizəd qarşıdakı 23 gün ərzində qaxlılar üçün prioritet olan məsələlər barədə ayrıca müraciətlər edəcəyini deyib və növbəti 5 ildə Qax rayonu üçün görəcəyi işlər barədə ətraflı danışacağını bildirib.



Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com