BolgeXeber.Com » Xəbərlər » Şəkidə QALMAQAL - Deputatlığa namizəddən icra hakimiyyəti ilə bağlı ŞOK MƏLUMATLAR

Şəkidə QALMAQAL - Deputatlığa namizəddən icra hakimiyyəti ilə bağlı ŞOK MƏLUMATLAR

19-01-2020, 08:54
Oxunub: 2 485 Şəkidə QALMAQAL - Deputatlığa namizəddən icra hakimiyyəti ilə bağlı ŞOK MƏLUMATLARŞəki rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov, 15. 01. 2020 ci il tarixində, Baş Küngüt və Bideyiz kənd sakinlərinin iştirakı ilə keçirilən iclasda, haqqımda böhtan və qaralama kampaniyası aparıb və məni hədələyib.

İxa.az xəbər verir ki, bu barədə deputatlığa namizəd Sahib Kərimli öz profilində status yazıb.

Bildirib ki, 15 saylı Şəki kənd ikinci seçki dairəsində İcra strukturunun Parlament seçkisinə birbaşa müdaxiləsi var. Bu barədə MSK-ya faktlarla şikayət ərizəsi təqdim edəcəm.

Sahib bəy daha sonra bildirib:

"Sonda belə sual da edib, "Sahib Kərimli sizi aldadır, axı niyə onun arxasınca gedirsiz?"

Ay Rəfael müəllim, Xalqın içindən çıxmış adamsan. Dünənə kimi talkuçkada əziyyətlə çörək qazanıb, bu gün heç kimi bəyənmirsən. Kənd bələdiyyə sədrləri qarşında farağat durmayanda rəngin bozarır.

Həmkəndlilərimi aldadıb hara aparıram ki?

Hə, seçki təbliğatını deyirsənsə, bu, mümkün deyil. Çünki dairənin ərazisindəki kəndlərdə seçicilərlə görüş üçün yerlər ayrılmayıb. Cəmi bir kənddə - Turan qəsəbəsində görüş yeri müəyyən edilib. Bu anormallıqla bağlı da şikayət hazırlanır.

Mən, Rusiyanın qonşuluğundakı Baş Küngüt, Baş Kəldək sakinlərini, Ağdaş və Yevlax rayonlarının qonşuluğundakı Turan qəsəbəsinə necə aparım? Sən narahat olma, dairəmdəki 37 kəndin camaatını, qışın bu oğlan çağında, 150 km məsafəyə daşımaq mümkün deyil. Orda Cavanşir Feyziyev, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların konsertini təşkil edəcək, bu da olacaq seçki kampaniyası.

Mən isə, sizinlə və dəstəklədiyiniz rəqibimlə tam fərqli seçki mübarizəsi və yarışı keçirəcəm. Bu zamana qədərki rəngarənglikdən və mürəkkəblikdən fərqli - Ağ və Qara.

Onsuz da camaat bezib seçkidən. Nəinki camaat, hər gün kabinetinə çağırdığın kənd İcra nümayəndələri və köhnə bələdiyyə sədrlərinin əlindən tutub kabinetinə ayaq açan gənc bələdiyyə sədrləri də bezib..."