BolgeXeber.Com » Xəbərlər » Fəzail Ağamalı Milli Qəhrəman Xanoğlan Məmmədovun-AİLƏSİNƏ BAŞ ÇƏKDİ-VİDEO

Fəzail Ağamalı Milli Qəhrəman Xanoğlan Məmmədovun-AİLƏSİNƏ BAŞ ÇƏKDİ-VİDEO

19-01-2020, 12:40
Oxunub: 5 370 Fəzail Ağamalı Milli Qəhrəman Xanoğlan Məmmədovun-AİLƏSİNƏ BAŞ ÇƏKDİ-VİDEOFəzail Ağamalının seçicilərlə görüşü davam edir.

Neftçala rayonunun Qaraşaqlı kəndində seçicilərlə görüş öncəsi 1995-ci il mart ayında dövlət çevrilişinə cəhddə böyük igidlik göstərmiş Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Xanoğlan Məmmədovun anası ziyarət olundu, şəhidin büstü önünə çiçək dəstələri qoyuldu.

Bolgexeber.com xəbər verir ki, görüşdə Fəzail Ağamalı ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, apardığı uğurlu xarici siyasət və son 4 ildə deputat kimi fəaliyyəti haqqında seçiciləri məlumatlandırdı.



Seçicilər ölkə prezidentinin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, bir sıra problemlərin üzərində dayandılar.

Görüş iştirakçıları Fəzail Ağamalının fəaliyyətini yüksək qiymətləndirdi və qarşıdan gələn Milli Məclisə seçkilərdə ona səs verəcəklərini önə çəkdilər.

Sonda F.Ağamalı yüksək dəstəyə görə seçicilərə təşəkkürlərini bildirdi.

Fəzail Ağamalının təbliğat-təşviqat kampaniyası davam edir.