BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda 1,5 milyon manata it satılır-FOTO

Azərbaycanda 1,5 milyon manata it satılır-FOTO

28-01-2020, 17:49
Oxunub: 4 208 Azərbaycanda 1,5 milyon manata it satılır-FOTOHeyvanlar arasında itlər insanların ən yaxşı dostları hesab olunur. Bu heyvanlardan müxtəlf sahədə istifadə edilir

Bəziləri itlərdən evləri qorumaq, bəziləri isə ferma və ovda köməkçi kimi faydalanır.

Bununla yanaşı evdə nadir və təmiz cins it saxlamağa üstünlük verənlər də az deyil. Bu itlər isə digərlərindən qiymət baxımından baha olur. Dünyada olduğu kimi Azərbaycanda da nadir cins itlər satışdadır.

BAKU.WS xəbər verir ki, Tibet mastifi cinsi potensial sahiblərinə təklif olunan ən bahalı itdir. Elanlara görə, bu heyvanı almaq istəyən şəxslər yaşından və çəkisindən asılı olaraq 59 min AZN - 1,5 milyon AZN arasında xərc çəkməlidirlər.

Qeyd edək ki, Tibet mastifi dünyanın ən bahalı və qədim it cinslərindən biridir. Tibet mastifi iri köpəklər cinsi molossun “ulu baba”sı hesab olunur. Rəvayətlərə görə, bu itlərdən Buddada və Çingizxanda da varmış. Tibet mastifi qoyunları bəbirdən qorumaq üçün Hindistan, Çin, Nepal və Tibetdə yerli qəbilələr tərəfindən istifadə edilir.

Eyni zamanda döyüş iti kimi də istifadə olunub. Tarix boyu müxtəlif dövlətlərin Tibet mastifini döyüş iti olaraq istifadə etdiyi bilinir. Bu itlər tarix boyu insanları qorumaq üçün və ailəyə uyğun bir it kimi istifadə edilmişdir, uşaqlarla çox rahat və mehriban davranır. Çingizxan 30 min nəfərlik bir ordu quraraq ordunun ən önündə Tibet mastiflərindən istifadə etmişdir.
Azərbaycanda 1,5 milyon manata it satılır-FOTO