"“Soliton”un bu hərəkətini necə başa düşmək olar?" - GİLEY
6-02-2020, 10:17
Oxunub: 2 441
“Soliton” mağazalar şəbəkəsində krediti nağdsız şəkildə ödəmək istəyən şəxsdən əlavə faiz tələb edilib
Bolgexeber.com xəbər verir ki, bu barədə Women.az saytına şikayət daxil olub.
5 fevral 2020-ci il tarixində, “Soliton”da (F. Xoyski (5 nömrəli xəstəxananın qarşısında) kreditini ödəmək istəyən şəxsdən 1.5 faiz əlavə ödəniş tələb edilib. Müştəri bunun səbəbini soruşanda isə “Şirkət rəhbərinin tapşırığıdır” cavabı ilə qarşılaşıb. Müştəri isə aylıq ödənişi olan 46 AZN-i bank kartı vasitəsilə ödəmək istəyib. O, 46 AZN əvəzinə 100 manat ödəmək istədiyini kassaya bildirib. Kassadan isə ona 100 yox, 101 manat 50 qəpik kartdan pul çəkiləcəyi deyilib. Bunu isə şirkət rəhbərliyinin tapşırığı əsasında etdiklərini qeyd ediblər. Eyni hal şirkətin Tbilisi prospektindəki filialında, həm də Fətəli Xan Xoyski küçəsindəki filialında təkrarlanıb.
Nəzərə alsaq ki, ölkə rəhbərinin tapşırığına əsasən, nəğdsiz ödənişlər stimullaşdırılmalıdır, “Soliton”un bu hərəkətini necə başa düşmək olar? Şirkət bank faizini müştəriyə yükləməyə çalışır, yoxsa, nağdsız ödənişləri stimullaşdırmaq əvəzinə nağd ödənişlərə üstünlük verir?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə