BolgeXeber.Com » Xəbərlər » Fəzail Ağamalı təxribata məruz qaldı – Video

Fəzail Ağamalı təxribata məruz qaldı – Video

6-02-2020, 17:25
Oxunub: 4 953
Fəzail Ağamalı təxribata məruz qaldı – Video
Fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı təxribata məruz qalıb.

Bu barədə Bolgexeber.com-a Fəzail Ağamalının seçki qərargahından məlumat verilib.

"Fəzail Ağamalı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törəldilib. Aqressiv söyüş və fiziki təzyiqlərlə üzləşən Fəzail Ağamalı yüksək təmkinlik göstərərək tərəfdaşlarının köməkliyi ilə ərazini tərk etmişdir. Fəzail Ağamalının tərəfdarları və minik maşını hücumlara məruz qalıb", - deyə məlumatda qeyd olunur.

Fəzail Ağamalı baş verən təxribatla bağlı Azərbaycanın Baş prokuroru, Daxili İşlər naziri, DTX rəisi, MSK sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsinin sədrinə və KİV-ə müraicət edib.