BolgeXeber.Com » Xəbərlər » Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən yürüşdə minlərlə tərtərli işirak edib
Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən yürüşdə minlərlə tərtərli işirak edib
26-02-2020, 15:53
Oxunub: 8 836
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da silsilə tədbirlərlə qeyd edilib
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı müsabiqəsi, foto və rəsm sərgiləri təşkil edilib. Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayon rəhbərliyi tərəfindən Xocalı sakinləri ilə görüş keçirilərək problemləri dinlənilib, onlara ərzaq yardımı göstərilib.
Fevralın 26-da isə Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları və Qarabağ əlilləri əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər