Fəzail Ağamalı: Bu Yol Mənim Talehimdir!
6-03-2020, 15:44
Oxunub: 3 169
“Ana Vətən Partiyası”nın sədri Fəzail Ağamalı 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı münasibətini bildirib.
Bolgexeber.com xəbər verir ki, Fəzail Ağamalı açıqlamasında bunları deyib:
“Əziz dostlar! Nəhayət, Konstitusiya Məhkəməsi 9 Fevralda keçirilən parlament seçkilərinə möhürünü vurdu. Kifayət qədər gərgin, demokratik və şəffaf keçirilən seçkilər ölkə prezidentinin uğurla reallaşdırdığı islahatların ciddi mahiyyət kəsb edən tərkib hissəsi kimi tarixə düşdü. Dövlətimiz və millətimiz üçün düşərli olsun!”
Partiya sədri daha sonra seçkilərin uğurla keçdiyini və bu seçkilərin Azərbaycanı daha da yüksəklərə qaldıracağını qeyd edib. Ağamalı həmçinin ölkə başçısı İlham Əliyevə səmimi minnətdarlığını ifadə edib.
“Seçki kompaniyasında mənə sona qədər dəstək verən, yüksək siyasi mədəniyyət nümayiş etdirən 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçicilərinə, əvvəldən sona qədər avantüraya böyük təmkin göstərən fədakar komanda üzvlərinə, bir-iki reket saytı istisna olmaqla, bütün KİV-də çalışan dəyərli jurnalist dostlarıma, haqqımda sosial şəbəkələrdə xoş sözlər yazan, haqsız hücumlara cavab verən yurddaşlarıma, seçkilərin Azərbaycan qanunları çərçivəsində aparılmasında böyük peşəkarlıq göstərən MSK-ya və onun bütün vəsilələrinə dərin təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər