Parlamentin komitə sədrləri - SİYAHI
10-03-2020, 15:33
Oxunub: 2 762
Milli Məclisin iclasında parlamentin komitələrinə sədrlər seçilib.
Oxu.Az-ın məlumatına görə, deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədrliyinə təsdiqləniblər.
YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri yenidən Səməd Seyidov olub.
Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.
Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.
Milli Məclis sədrinin müavini Adil Əliyev Gənclər və idman komitəsinin sədri seçilib.
Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.
Milli Məclis sədrinin yeni birinci müavini, YAP-çı deputat Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri olub.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə isə yenidən Ziyafət Əsgərov sədrlik edəcək.
Parlament sədrinin müavini Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər