Balakəndə “Vitka” ləqəbli narkobaron saxlanılıb
27-03-2020, 12:47
Oxunub: 2 860

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər