BolgeXeber.Com » Xəbərlər » Xaçmaz və Xudat polisi karantin rejiminə nəzarət edir, aztəminatlı insanlara yardım göstərir-FOTO,VİDEO

Xaçmaz və Xudat polisi karantin rejiminə nəzarət edir, aztəminatlı insanlara yardım göstərir-FOTO,VİDEO

16-04-2020, 17:03
Oxunub: 20 030 Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməkdaşları ilə birlikdə gücləndirilmiş iş rejimində çalışırlar. 
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməkdaşları Xaçmaz və Xudat şəhərlərində  keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 
BÖLGƏ TV-nin  Xaçmaza ezam olunan əməkdaşları bildiriblər ki, tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Polis əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.
 Bundan başqa,Xaçmaz və Xudat   polisinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər. Müxtəlif ünvanlarda yaşayan  xeyli sayda ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.
Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov

BÖLGƏ TV