BolgeXeber.Com » Xəbərlər » Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın!

Bakı sakinlərinə xəbərdarlıq: sabah küçəyə çıxmayın!

17-04-2020, 13:47
Oxunub: 3 121 Aprelin 18-də paytaxtın 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə  paytaxtın kommunal strukturlarından məlumat veriblər.
“Aprelin 18-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”- deyə, məlumatda qeyd olunub.