BolgeXeber.Com » Xəbərlər » Yardımlı İcra Hakimiyyəti iddialara cavab verdi

Yardımlı İcra Hakimiyyəti iddialara cavab verdi

21-04-2020, 12:22
Oxunub: 6 678 “Media.tv” internet kanalında rayonun Peştəsər kənd sakini Bəşirov Zahid Yaşılxan oğlu meşə idarəsində meşə gözətçisi işləməsi, işdən qanunsuz çıxarılması, üçəm uşaqlarına RİH-i tərəfindən heç bir maddi  köməklik olunmaması, Heydər Əliyev Fondu tərəfindən 
verilmiş yardımın onun ailəsinə verilməməsi, ailə vəziyyətinin ağır olması, işlə bağlı məşğulluq mərkəzinə müraciət etməsi, lakin köməklik göstərilməməsi barədə yayılmış video-material heç bir həqiqəti eks etdirmir.
21 aprel 2020-ci il tarixdə “Media.tv” internet kanalında rayonun Peştəsər kənd sakini Bəşirov Zahid Yaşılxan oğlu meşə idarəsində meşə gözətçisi işləməsi, işdən qanunsuz çıxarılması, üçəm uşaqlarına Rayon İcra Hakimiyyəti tərəfindən heç bir maddi köməklik olunmaması, Heydər Əliyev Fondu tərəfindən verilmiş yardımın onun ailəsinə verilməməsi, ailə vəziyyətinin ağır olması, işlə bağlı məşğulluq mərkəzinə müraciət etməsi, lakin köməklik göstərilməməsi barədə video-material yayılmışdır. 
Bildiririk ki, video-materialı “Media.tv”-də “Azad AzTv” və “Azadlıq Həsrəti” adı ilə tanınan Yardımlı şəhər sakini Cəlil Zabidov yaymışdır. O, daim rayonun vəzifəli şəxsləri barədə sosial şəbəkələrdə şər-böhtan xarakterli məlumatlar verməklə məşğul olur. Bildiririk ki, Cəlil Zabidov dövlətə və dövlətçiliyin əlehinə çıxışlarına görə Yardımlı RİH tərəfindən məhkəməyə verilmişdir və hazırda iş məhkəmə icraatındadır. 
Müəyyən edimişdir ki, video-materialda şikayət edən şəxs Yardımlı rayonunun Peştəsər kənd sakini Bəşirov Zahid Yaşılxan oğludur. O, atasına məxsusu olan evdə yaşayır. Üçəm uşaqlarının dünyaya gəlişi ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən şəxsi maşın tutularaq Zahid Bəşirovun həyat yoldaşı Bakı şəhərindəki prenatal mərkəzinə aparılmış və üçəm uşaqları dünyaya gətirmişdir. Yenidən icra hakimiyyətinin köməkliyi ilə ana üçəm uşaqları ilə birlikdə xəstəxanadan çıxarılaraq yaşadığı evə gətirilmiş və uşaqların dünyaya gəldiyi 26.11.2014-cü il tarixdən, 01.06.2019-cu il tarixədək hər ay həmin ailəyə RİH tərəfindən 100 (bir yüz) manat məbləğində, ümumilikdə  5400 manat məbləğində maddi yardım göstərilmişdir. Əlavə olaraq bildiririk ki, çox uşaqlı ailə kimi dövlət tərəfindən ailəyə 330 manat  müavinat verilir. Rayon mərkəzi xəstəxanası tərəfindən uşaqların peyvənd edilməsi üçün 2 dəfə həkim briqadası göndərilmiş lakin, Zahid Bəşirov uşaqlarını peyvənd etdirməkdən qətiyyətlə imtina etmişdir. Heydər Əliyev Fondu tərəfindən verilmiş yardımla bağlı bildiririk ki, hazırda rayonun 30 İƏD-üzrə nümayəndəliyinin 13-də tam imkansız ailələrə yardımlar paylanmış qalan 17-i ərazidə isə  paylanılacaqdır. Bəşirov Zahidin adı siyahıda var, qeyd olunan ərazilərdə yardımlar verildikdə Bəşirov Zahid ailəsinə də həmin yardımdan  veriləcəkdir.   
Zahid Bəşirov rayon meşə idarəsinin 11 saylı meşə dolayında meşə gözətçisi vəzifəsində işləmiş, 2016-cı ildə ciddi meşə qırıntısına yol verdiyi üçün öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 
Rayon Məşğulluq mərkəzi tərəfindən RİH-ə verilmiş rəsmi arayışa əsasən vətəndaş Zahid Bəşirov Məşğulluq mərkəzində qeydiyyatdadır. Ona Mənzil Kommunal idarəsində iş təklif edilmiş, lakin, o həmin işdən imtina edərək yaşadığı  Peştəsər kəndində işlə təmin olunmasını bildirmişdir.

Yardımlı Rayon İcra Hakimiyyəti