2 saatlıq icazə alıb rayonu tərk etmək istədi - TUTULDU
22-04-2020, 16:24
Oxunub: 4 234
Samuxda karantin rejimini pozan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb.
Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonunun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.
Ş. Əliyev polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib. Məhkəmənin qərarı ilə Ş. Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər