İmişlidə 2 nəfərin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edildi
9-05-2020, 17:26
Oxunub: 5 739
İmişli rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, mayın 4-də saat 6 radələrində İmişli şəhər sakini Ruslan Gülməmmədovun idarə etdiyi “Kamaz” markalı 30-BD-252 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Camal Kərimovun idarə etdiyi “Qazel” markalı 30-BE-192 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində sürücü C.Kərimovun və “Kamaz” markalı avtomobildə olan sərnişin Nizaməddin Musayevin vəfat etmələri, 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
R.Gülməmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər