ÜST: Dünyada COVID-19 qurbanlarının sayı 279 min nəfərə çatıb
5-05-2020, 10:59
Oxunub: 1 972
Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada bir gün ərzində COVID-19 xəstələrinin sayı demək olar, 89 min nəfər artıb. Bununla da pandemiya qurbanlarının sayı 279 min nəfərə çatıb.
Qeyd edilir ki, dünyada 4 006 257 COVID-19 xəstəsi qeydə alınıb, koronavirusdan ümumilikdə 278 892 nəfər ölüb. Son sutkada virusa yoluxanların sayı 88 891, ölənlərin sayı 4 531 nəfər artıb.
Dünyada ümumilikdə COVID-19-a ən çox yoluxma və ölüm Avropada qeydə alınıb. Köhnə qitədə 1 731 606 nəfər koronavirusa yoluxub, 156 603 nəfər ölüb.
Qitədə son 24 saatda daha 23 660 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb, ölənlərin sayı 1 051 nəfər artıb.
Şimali və Cənubi Amerikada 1 702 451 insan koronavirusa yoluxub, 101 874 nəfər ölüb. Qitə son sutkada virusa yoluxanların və ölənlərin sayına görə Avropanı üstələyib. Belə ki, Şimali və Cənubi Amerika son gündə 47 073 nəfər virusa yoluxub, 3 151 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər