Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - RƏSMİ
28-05-2020, 14:34
Oxunub: 3 793
“Qanunsuz it döyüşləri təşkil edən altı nəfərdən dördü saxlanılıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məlumat verib.
Onun sözlərinə görə, sosial şəbəkədə paylaşılan videogörüntülər əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanıb:
“Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan altı nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan dördü - Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdir. Adları çəkilən şəxslər artıq saxlanılıb.
Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər iki nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə itlərin döyüşdürülməsi və doğranılması ilə bağlı yayılan videogörüntülər insanlar arasında ciddi müzakirələrə səbəb olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər