DİM onlayn imtahanların ilk sınağını keçirdi
6-06-2020, 17:54
Oxunub: 2 904
DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan "ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.
DİM-dən bildirilib ki, imtahanlar 5 iyun saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilib və ümumilikdə 147 nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.
İmtahanlarda iştirak etmək üçün qeydiyyat 4 iyun tarixində DİM-in saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.
İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.
Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.
İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.
Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.
Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər "ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.
Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri isə aşağıdakı linkdə verilib. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər