BolgeXeber.Com » Xəbərlər » İcra başçısı mobil qrupun üzvlərinə və aidiyyəti təşkilatlarının rəhbərlərinə tövsiyələrini verdi
İcra başçısı mobil qrupun üzvlərinə və aidiyyəti təşkilatlarının rəhbərlərinə tövsiyələrini verdi
18-06-2020, 17:21
Oxunub: 3 072
Tərtər rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar sakinlər arasında təbliğat işləri aparmaq məqsədi ilə mobil qruplar yaradılmışdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar olaraq 18 iyun 2020-ci il tarixdə növbəti dəfə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov video-konfrans vasitəsi ilə İƏD üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında isə mobil qrupun üzvlərinə öz tövsiyə və tapşırıqlarını verdi.
Qeyd etdi ki, Koronavirus infeksiyasının (COVİD-19) Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə bu infeksiyaya yoluxanların sayı kəskin artmışdır.
Bununla əlaqədar, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən görülən tədbirləri daha da gücləndirməli, Polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar və s.), ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılmalı, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.
Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilməlidir.
Qeyd edək ki, Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq maarifləndirici və dezinfeksiya tədbirlər mütamadi olaraq rayonun bütün yaşayış məntəqələrində aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.










Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm