"E-Təbib" mobil tətbiqi vasitəsilə icazə qaydaları müəyyənləşdi
25-06-2020, 19:51
Oxunub: 2 064
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan xüsusi karantin rejimində "E-Təbib” mobil tətbiqi vasitəsilə də icazə almaq mümkün olacaq.
Bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, "E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP” kodu daxil edilir;
- giriş etdikdən sonra "lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm” düyməsi sıxılır;
- "Bluetooth” və "GPS” sistemi işlək vəziyyətə gətirilir:
1. açılan əsas səhifədə "icazələr” bölməsinə keçid edilir;
2. tələb olunan "FİN” kodu və doğum tarixi daxil edilir;
3. icazənin növü seçilir (1 və ya 2);
4. "Göndər” düyməsi sıxılır;
- "Təsdiq” və ya "İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;
"Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər