İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU
9-07-2020, 18:00
Oxunub: 3 721
Dünyada yaşanan COVID-19 pandemiyası təhlükəsi ölkəmizdə də davam etməkdədir. Bugünədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları arasında yoluxma şübhəsi olan 7 nəfərin test nəticəsi pozitiv çıxıb.
Bolgexeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı bildirib. Onun sözlərinə görə, iyun ayında COVID-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq evə buraxılıb: “Hazırda digər əməkdaşlardan üçü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə almaqdadır. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində pandemiya elan edilən gündən gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir” - deyə, A.Asimqızı qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər