Sentyabrda məktəblər açılacaq? - RƏSMİ AÇIQLAMA
11-07-2020, 18:35
Oxunub: 4 738
"Ali təhsil müəssisələrinin distant təhsili ilə bağlı çətinliklər bütün dünyada oldu. Heç bir ölkə pandemiyaya hazır deyildi".
Bolgexeber.com APA-ya istinadən bildirir ki, bunu "Pandemiya dövründə təhsil" mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir: "Biz bununla bağlı Təhsil Nazirliyi olaraq onlayn platformanın hazırlanmasını həyata keçirdik. Demək olar ki, universitetlərin hamısı bundan istifadə edib. Ayrı-ayrı universitetlər bazaları olduğu üçün bundan daha üzü ağ çıxdı. Ancaq bəzi universitetlərdə hələ də görülməli olan işlər çoxdur. Yəqin onlayn təhsillə bağlı qanunvericilik bazasının təkmilləşməsi, onlayn əsaslı kurrikulumun daha səmərəli formada olması üzərində işlənilməsi, müəllimlərin onlayn təhsillə bağlı təlimlərdə iştirak etməsi daha vacibdir. Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər