BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

Azərbaycanda daha bir həkim koronavirusdan ölüb

18-07-2020, 10:22
Oxunub: 2 018 Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.
“Report”un məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.
K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub.

İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.