BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluğun nümayəndələri "COVİD-19"la bağlı videoformatda keçirilən tədbirdə iştirak edib
Baş Prokurorluğun nümayəndələri "COVİD-19"la bağlı videoformatda keçirilən tədbirdə iştirak edib
30-07-2020, 18:06
Oxunub: 1 616
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti cari ilin 28 iyul tarixində Filippin Respublikasının paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankı (ADB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Asiya-Sakit okean Anti-Korrupsiya Təşəbbüsü çərçivəsində “COVID-19 çağırışlarının cavablandırması və bərpasında dürüstlüyün qorunması” mövzusunda videoformatda keçirilmiş tədbirdə iştirak edib.
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, müxtəlif dövlətlərin 100-dən artıq təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev, o cümlədən Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov iştirak edib.
Tədbirdə COVID-19 ilə mübarizə çərçivəsində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan islahatlara dəstək, iştirakçı ölkələr arasında əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi və beynəlxalq qurumlarla bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində geniş müzakirələr aparılıb.
Qeyd edilməlidir ki, cari ildən etibarən Azərbaycan Respublikası ADB və OECD-nin Asiya qitəsi və Sakit okean regionu üçün nəzərdə tutulmuş Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planına qoşulub.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər