BolgeXeber.Com » Xəbərlər » Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümüylə bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümüylə bağlı MƏLUMAT YAYDI

31-07-2020, 16:06
Oxunub: 2 873 Müdafiə Nazirliyi Teymur Cəfərovun ölümü ilə bağlı məlumat yayıb. 
Bolgexeber.com xəbər verir ki, məlumatda deyilir: 
"Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.
Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.
Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!"